Dodonun "Qəbələ"yə dönüşü baş tutmadı

16:46 22 Yanvar 2019

"Qəbələ"yə dönüşü gündəmdə olan Dodo karyerasını Latviyada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, braziliyalı futbolçunu "Liepaya" klubunda baxışdadır. Dodo yanvarın 12-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən klubun düşərgəsindədir. "Samba"çının durumu məşqçiləri qane edəcəyi halda, müqavilə imzalanacaq."Qəbələ" də 31 yaşlı yarımmüdafiəçini baxışa dəvət etmişdi. Lakin futbolçu fərqli seçim edib.

 

Qeyd edək ki, Dodo 2011/2016-cı illərdə "Qəbələ"də çıxış edib. O, "qırmızı-qaralar"dan ayrılandan sonra Braziliyanın "Joinvil" və Yunanıstanın AEL klublarında çıxış edib.


Digər xəbərlər

Xəbər xətti