Mövsümün ikinci yarısına hazırlıqları Türkiyədə davam etdirən "Zirə” bu gün növbəti yoxlama oyununu keçirəcək.
Sportarena.az xəbər verir ki, Samir Abasovun yetirmələri Macarıstanın "Paksi” klubu ilə qarşılaşacaq.
Bu, paytaxt təmsilçisinin Antalyada ikinci sınağı olacaq. "Zirə”nin rəqibi Macarıstan çempionatının yüksək liqasında mübarizə aparır. Ötən mövsümü 7-ci pillədə başa vuran Paksinin eyniadlı təmsilçisi cari çempionatda qış fasiləsinə 8-ci sırada yollanıb.
Qeyd edək ki, zirəlilər ilk yoxlama oyununda Rumıniyanın "Voluntari” klubuna 1:0 hesabı ilə qalib gəlib. Paytaxt təmsilçisi sonuncu matçını yanvarın 26-da Rusiya "Tambov”una qarşı keçirəcək.
Yoxlama görüşü
22 yanvar
16.00 Zirə (Azərbaycan) - Paksi (Macarıstan) 1-0