Millimizin üzvündən 2 qol vurdu, komandası darmadağınla qalib gəldi - VİDEO

17:39 2 Dekabr 2018

Türkiyə 1-ci liqasında 14-cü turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, millimizin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” evdə “Karabükspor”a 6:0 hesabı ilə qalib gəlib.

 

Dəniz start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

30 yaşlı forvard 25 və 76-cı dəqiqələrdə rəqib qapısına yol tapıb. Yılmaz daha iki qolda da məhsuldar ötürmə müəllifi olub.

 

“Gənclərbirliyi” hazırda 34 xalla 1-ci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, Dəniz Yılmaz cari mövsüm 9 oyuna (274 dəqiqə) 2 qol vurub.

 


Digər xəbərlər

Xəbər xətti