Azərbaycan milli komandasının və “Səbail” klubunun üzvü Rahid Əmirquliyev fırıldaqçıların toruna düşüb.
Sportarena.az xəbər verir ki, futbol11.az saytının məlumatına görə, Əmirquliyev bir evi bir neçə nəfərə satan şəxslərin qurbanı olub. Bu səbəbdən Əmirquliyev 150 min manat civarında ziyana düşüb.İşlə bağlı hazırda məhkəmə prosesi gedir.
Qeyd edək ki, Rahid Əmiquliyev qazancını daşınmaz əmlaka yatıran futbolçular siyahısındadır.