HƏSRƏT BİTİR: "Sumqayıt" doğma meydanına qayıdır

16:05 27 Noyabr 2018

Nəhayət, “Sumqayıt”ın doğma meydan həsrəti bitir. Mövsüm başlandıqdan didərgin kimi gəzən “Sumqayıt” XIII turda evinə dönür.

 

Bu barədə Sportarena.az-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib. 

 

O bildirib ki, tam dəqiqləşməsə də, klub böyük ehtimalla "Səbail"i doğma meydanda qəbul edəcək.

 

Qeyd edək ki,  “Sumqayıt” – “Səbail” görüşü  dekabrın 1-i baş tutacaq.

 

Nuh TARVERDİYEV


Digər xəbərlər

Xəbər xətti