Albaniya darmadağın oldu, "Qəbələ"nin futbolçusu kənardan izlədi

15:19 18 Noyabr 2018

Futbol üzrə Albaniya yığması UEFA Millətlər Liqasında növbəti matçına çıxıb.


Sportarena.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Sabien Lilayın formasını geyindiyi bu komanda qrup mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda Şotlandiya ilə qarşılaşıb. C Liqasının 1-ci qrupunda yer alan komandaların qarşılaşmasında albanlar böyük hesabla məğlub olublar - 0:4. Lilay bu matçın iştirakçısı olmayıb. “Qəbələ”nin yarımmüdafiəçisi sonadək ehtiyatda qalıb.


Cəmi 3 xalı olan Albaniya yığması qrup mərhələsini sonuncu pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti