Lənkəranda futbol belə məhv olur - VİDEO

16:45 17 Noyabr 2018

Noyabrın 14-də Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxdı.


Sportarena.az xəbər verir ki, millimiz İsraildən olan həmyaşıdları ilə qarşılaşdı və böyük hesabla uduzdu - 1:4. Biz isə artıq aşağı yaş qrupları üzrə milli komandalarımızın biabırçı hesablarla məğlub olmasına vərdiş etmişik. Bu uşaqların, yeniyetmələrin bir neçə ildən sonra ölkənin aparıcı klublarında, əsas milli komandasında vacib fiqurlara çevriləcəyini düşünəndə, artıq indidən gələcəkdə bizi nə gözlədiyini demək olar.


Azərbaycanda futbola, həmçinin uşaq futboluna cavabdeh əsas qurum isə AFFA-dır. AFFA-nın təşkilatçılığı ilə aşağı yaşlı futbolçular arasında turnirlər, çempionatlar, liqalar təşkil olunur. Biz isə federasiyanın 10-14 yaş arasında uşaqların oyunlarını Lənkəranda necə meydançada keçirdiyini göstəririk. Baxın və özünüz deyin: bu meydançada gələcəyin futbolçusu yetişə bilərmi?


Qeyd: Sizə təqdim etdiyimiz görüntülər həvəskar çəkilişdir.

 

Rekord.az


Digər xəbərlər

Xəbər xətti