"Səbail" və "Zirə"nin futbolçuları millidə qələbəyə sevindilər

14:40 16 Noyabr 2018

"Zirə”nin hücumçusu Aleksandr Dedovla "Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçuk Moldova yığmasının heyətində Millətlər Liqasının D Liqasında San Marinoya qarşı oynayıblar.

 

Sportarena.az xəbər verir ki, Yevgeni Koçuk 1:0 hesabı ilə başa çatan görüşdə 60 dəqiqə meydanda olub. Dedov isə 66-cı dəqiqədə meydana daxil olub. "Zirə"nin futbolçusu 78-ci dəqiqədə vurulan qolun ötürməsini edib.

 

Qeyd edək ki, ikinci qələbəsini qazanan Moldova xal hesabını 8-ə çatdırıb və 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti