"Xəzər Lənkəran"ın ofisi icarəyə verilir

13:20 16 Noyabr 2018

"Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimov klubun Bakıda – Teymur Əliyev küçəsində yerləşən 3 ərtəbəli ofisini sata bilməyib.

 

Sportarena.az xəbər verir ki, Türkiyədə yaşayan tanınmış iş adamı «Milyonçular məhlə»si kimi tanınan məkanda yerləşən obyektə 5 milyon dollar qiymət qoymuşdu, lakin binaya müştəri tapılmayıb.


Mənsimovun adamları indi də «ağ-yaşıllar»ın keçmiş qərargahının icarəyə verilməsi ilə bağlı alqı-satqı mərkəzlərini məlumatlandırıb. Kirayənin haqqı 15000 manatdı.


Digər xəbərlər

Xəbər xətti