Stuxlik “Zenit” - “Kopenhagen” oyununda

13:20 13 Noyabr 2018

AFFA-nın Hakimlər Departamentinin sədri Fritz Stuxlik beynəlxalq oyuna təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Zenit” (Rusiya) - “Kopenhagen” (Danimarka) oyununun hakim-inspektoru Fritz Stuxlik olacaq.

 

Matç noyabrın 29-da Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti