Dünən AFFA-nın bayrağı altında keçirilən U-11 liqası matçından öncə bu yaxınlarda faciəli şəkildə dünyasını dəyişən "Sumqayıt"ın U-15 komandasının futbolçusu Ayxan Qasımov yad edilib.
Sportarena.az xəbər verir ki, "Star Yunayted Bakı" komandasının təşəbbüsü ilə atılan addma əsasən matçdan öncə bu komandanın futbolçuları meydaçaya əyinlərində Ayxanın şəkli əks olunan formalarda çıxıblar.
Eyni zamanda əllərində "Həmişə qəlbimizdəsən" yazılmış plakat tutublar. "Star Yunayted Bakı"nın baş məşqçisi Fuad Abbasov addımlarını bu cür izah edib: "Ayxan bizim oyunçumuz olub. Bu mənada prezidentimiz də bizim ideyamızı dəstəklədi. Ayxanın atasından da icazə aldıq. Bu gün (dünən) onun ölümündən 40 gün keçir. İndiyə kimi heç kim bu haqda düşünməyib. Heç "Sumqayıt" klubun da bundan xəbəri yoxdur. Lakin biz bunu özümüzün mənəvi borcu hesab etdik. Bununla da Ayxanın ailəsinin dərdinə şərik olduğumuzu göstərdik, və onlara bir daha başsağlığımızı çatdırdıq".