AFFA SOCAR Bibiheybət qəsəbəsində yerləşən stadionu "Səbail"in sərəncamına verir.
Rekord.az xəbər verir ki, həmin ərazidə yerləşən idman kompleksi neft şirkətinə məxsusdu. Bibiheybətdə yerləşən arena "Səbail"in akademiyasına xidmət edəcək. «Aslanlar»ın bütün aşağı yaş qrupları bundan sonra həmin mərkəzdə məskunlaşacaq. Hazırda yerdəyişmə üçün hazırlıq işləri görülür. Səbail rayonundakı 20-ci Yaşayış sahəsində Dövlət Neft Şirkətinin “Neftçi” İdman–Sağlamlıq Məktəbinin stadion 2012-ci ildə əsaslı şəkildə yenidən qurularaq beynəlxalq standartlara uyğunlaşdırılıb.
Burda AFFA tərəfindən 3 min 200 yerlik yeni stadion və müasir tələblərə cavab verən inzibati bina yaradılıb. Görünən budur ki, AFFA "Səbail" yavaş-yavaş Bayıldan Bibiheybətə köçürür. "Bayıl Arena" isə daha çox milli komandaların bazasına çeviriləcək.