Hakimi döymək istəyən məşqçi 10 oyunluq cəzalandırıldı

19:33 6 Noyabr 2018

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:


Region Liqasında “Şəki” – “Oğuz” matçının 90+4-cü dəqiqəsində “Oğuz”un futbolçuları Ramin Əliyev və Fərid Abdullayev hakimi təhqir etdiyinə görə, hər ikisi 4 oyun cəzalanıb.


Region Liqasında “Qoşqar UGİM 2” – “Energetik” matçının 55-ci dəqiqəsində “Energetik”in futbolçusu Elvin Əlizadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.


Gənclər Liqasında “Neftçi” – “Sabah” matçının 53-cü dəqiqəsində “Sabah”ın futbolçusu Fərrux Fərzəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


U-17 Liqasında “Neftçi” İK İB – “Keşlə” matçının 90-cı dəqiqəsində “Keşlə”nin futbolçusu Fərid Muxtarov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.


U-15 Liqasında “Neftçi” İK İB – “Zirə” matçının 63-cü dəqiqəsində “Zirə”nin futbolçusu Hüseyn Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


U-14 Liqasında “Əlincə” – “Səbail” matçının 58-ci dəqiqəsində “Əlincə”nin futbolçusu İsmayıl Məmmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.


U-14 Liqasında “Təhsil” (Saatlı) – UGİM (Göyçay) matçının 45-ci dəqiqəsində UGİM klubunun məşqçisi Elman Hüseynov hakimi təhqir etdiyinə görə 3 oyun cəzalanıb.


U-13 qızlar Liqasında “Mingəçevir” – “Kür” FK (Samux) matçında “Mingəçevir” yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.


Futzal üzrə Azərbaycan çempionatının Birinci dəstəsnin “Şərq” – ADBTİA matçının 22-ci dəqiqəsində “Şərq” komandasının heyətində yetərsay olmadığına görə oyun yarımçıq dayandırılıb. Oyun dayandırılan dəqiqədə hesab 5:0-dan böyük olduğuna görə, matçın hesabı - 18:1 ADBTİA komandasının xeyrinə olduğu kimi saxlanılır.


Futzal üzrə Azərbaycan çempionatının İkinci dəstəsinin “Atletiko Baku” – “Rəvan” matçının 30-cu dəqiqəsində “Atletiko Baku”nun futzalçısı Səid Abbasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 11-ci dəqiqəsində “Atletiko Baku”nun məşqçisi Zaur Səmədov hakimlər briqadasını təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. Oyun bitdikdən sonra Zaur Səmədov hakimlər briqadasına fiziki təsir göstərməyə cəhd etdiyinə görə 10 oyun cəzalanıb.


Digər xəbərlər

Xəbər xətti