Qurban Qurbanov bu futbolçunu 20 min dollar cərimələdi

17:24 31 Oktyabr 2018

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Donald Geryeyəsərt üzünü göstərib.

 

Sportarena.az sportinfo.az-a istinadən xəbər verir ki, haitili müdafiəçi 20 min dollar cərimələnib. Adıçəkilən legionerin təcrübəli mütəxəssisin qəzəbinə tuş gəlməsinə səbəb millinin düşərgəsindən gec qayıtmasıdı. O, dönüş tarixindən yalnız 3 gün sonra klubun düşərgəsinə təşrif buyurub.

 

Donald yubanmasını şəxsi problemləri ilə əlaqələndirməyə çalışsa da, nizam-intizam məsələsində barışmaz mövqe tutan Qurbanov fikrindən dönməyib və ona böyük cərimə kəsib.


Digər xəbərlər

Xəbər xətti