"CBC Sport" telekanalında yayımlanan "Bizim futbol" verilişində qonaq olan "Sabah"ın və Premyer Liqanın bombardiri Marko Deviç maraqlı fikir səsləndirib.
Sportarena.az xəbər verir ki, Ukrayna millisinin sabiq üzvü hazırda çempionatımızda ən baxımlı futbol oynayan komandanın adıçı açıqlayıb. Maraqlıdır ki, o, liderlərdən heç kimin adını çəkməyib:
"Bəlkə də fikirlərim real olmaya bilər. Çünki şəxsi fikrimdir. Mənə görə, "Sumqayıt" ilk dövrədə "Qarabağ" və "Neftçi"dən daha yaxşı, daha baxımlı futbol oynadı. Adları çəkilən komandalarla müqayisədə "Sumqayıt"ın heyətini və büdcəsini də nəzərə almalıyıq. Bu komanda ilə oyunlarımız çox ağır keçdi".