"Qarabağ" "Keşlə"yə qalib gələ bilmədi - YENİLƏNİB

20:48 31 Oktyabr 2018

Bu gün Topaz Premyer Liqada VII turdan təxirə salınmış oyun keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, "ASK Arena"dakı qarşılaşmada "Keşlə" və "Qarabağ" komandaları üz-üzə gələcəklər. Son turda "Neftçi"yə, ondan əvvəl isə Avropa Liqasının qrup mərhələsində Bakıda "Vorskla"ya uduzan Ağdam klubu 2 oyunluq qələbə həsrətinə məhz paytaxt təmsilçisi ilə matçda son qoymaq niyyətindədir. Qurban Qurbanovun komandası səfərdə "Keşlə"ni məğlub etməklə, lider "Neftçi" ilə xal fərqini 3-ə endirmək istəyir.

 

"Keşlə" isə "Qarabağ"la oyuna təyinatı dünən gerçəkləşən Tərlan Əhmədovun rəhbərliyi altında çıxacaq. Ötən tur "Səbail"ə 1:2 hesablı məğlubiyyətdən sonra Mladen Milinkoviçlə yollarını ayıran Bakı klubu yeni baş məşqçisi ilə ilk matçda maksimum nəticə qazanmağa çalışacaq.


Qeyd edək ki, oyun saat 19:00-da başlayacaq.

Topaz Premyer Liqası

VII turdan təxirə salınmış oyun

31 oktyabr

19:00. "Keşlə" - "Qarabağ" 1:1

Qırmızı vərəqə: Samir Məsimov, 88

Qol: Miçel, 55, Sərtan Taşqın, 79

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Mahir Məmmədov

"ASK Arena"


Digər xəbərlər

Xəbər xətti