Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif birinciliklərlə bağlı aşağıdakı qərarlar çıxarılıb:
U-17 Liqasında “Keşlə” - “Tufan” matçının 64-cü dəqiqəsində “Tufan”ın futbolçusu Qismət İbrahimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 69-cu dəqiqəsində “Tufan”ın futbolçusu Musa Musayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-16 Liqasında “Sabah” - “Viləş” matçının 73-cü dəqiqəsində “Viləş”in inzibatçısı Çingiz Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-16 Liqasında “Səbail” - “Neftçi” matçının 27-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Selcan Şirinov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-13 Liqasında “Sabah” - “Səbail” matçının 41-ci dəqiqəsində “Sabah”ın futbolçusu Xəlil Müsəlli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
U-12 Liqasında “Qələmçə” (Ağstafa) - “Qazax Gəncləri” (Qazax) matçının 3-cü dəqiqəsində “Qazax Gəncləri”nin futbolçusu Fəxri Musayev komanda yoldaşını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
U-10 Liqasında UGİM (Yevlax) –UGİM (Ağdaş) matçında UGİM (Ağdaş) komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-10 Liqasında “Çərəkə” (Göyçay) - “Kürdəmir Gİİ” matçında “Kürdəmir Gİİ” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 qızlar Liqasında “Fidan” (Bakı) – “Keşlə” FK (Bakı) matçında “Fidan” (Bakı) komandasının heyətində yaş limiti pozulduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 qızlar Liqasında UGİM (Qax) - “Zaqatala” FK matçında “Zaqatala”nın heyətində yaş limiti pozulduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 qızlar Liqasında UGİM (İsmayıllı) – “Xan Lənkəran” FK matçında “Xan Lənkəran” komandasının heyətində yaş limiti pozulduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Futzal üzrə Azərbaycan çempionatının 2-ci dəstəsinin “Obolon” – SAB matçının 22-ci dəqiqəsində SAB-ın futbolçusu Vüsal Nəsirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.