AFFA rəsmiləri FİFA-nın tədbirində

20:28 30 Oktyabr 2018

Bu gün Türkiyənin İstanbul şəhərində FIFA-nın İnfrastruktur üzrə iclası keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov və İnfrastruktur şöbəsinin müdiri Kamran Vəliyev tədbirdə iştirak edir. AFFA rəsmiləri Bakı Olimpiya Stadionunun 3-cü məşq meydanının, həmçinin “Sumqayıt” Futbol Klubunun ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”nın əsas və məşq meydanlarının təqdimatı ilə çıxış edəcəklər.

 

Qeyd olunan meydanlar AFFA tərəfindən FIFA-nın dəstəyilə inşa olunur.

 


Digər xəbərlər

Xəbər xətti