Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilən "Neftçi" - "Qarabağ" matçında birincilərin azarkeşləri tərəfindən fakel yandırılıb.
Sportarena.az xəbər verir ki, "Neftçi" azarkeşləri fakeldən istifadə etdiyi üçün klub AFFA-nın nizam intizam komitəsi tərəfindən cəzalanacaq.
Qeyd edək ki, oyun "Neftçi"nin 3:1 qələbəsi ilə yekunlaşıb.