Azərbaycan Premyer Liqasının 9-cu turunda “Neftçi” ilə qarşılaşacaq “Qarabağ” bu oyun üçün hazırlığa start verib.
Sportarena.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş Ukrayna “Vorskla”sı ilə oyundan sonra komandaya istirahət verilməyib. Belə ki, Ağdam təmsilçisi ötən gün öz bazasında növbəti məşqinə çıxıb.
Qeyd edək ki, "Qarabağ" “Neftçi” ilə oktyabrın 28-də səfərdə qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.