Rusiyada yaşayan azərbaycanlılar “Qarabağ” futbol klubu yaradıblar.
Sportarena.az xəbər verir ki, Ussuriysky vilayətində yaradılan futbol klubunun oyunçularının əksəriyyəti azərbaycanlılardan ibarətdi. Klubun yaradılmasında məqsəd Qarabağın adını yaşatmaqdı. “Qarabağ”ın formasında çıxış edən həmyerlilərimiz şəhər çempionatına qatılıblar.
9 oyunu 6 qələbə, 3 heç-heçə ilə başa vuran komanda şəhər çempionatında ikinci yerdədir. Üçüncü tur sentyabr ayında keçiriləcək.