Premyer Liqada 8-ci turun ən yaxşı oyunçusu bəlli oldu

15:25 25 Oktyabr 2018

Futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci turun ən yaxşı oyunçusu məlum olub.

 

Sportarena.az xəbər verir ki, “InStat”ın təhlilinə əsasən geridə qalan turun ən yaxşı oyunçusu “Qəbələ”nin hücumçusu Stiven Monroz seçilib. “Neftçi”yə qarşı keçirilən oyunda fransız futbolçu 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Araşdırmalara əsasən Monroz turun ən yaxşı indeksə malik futbolçusudu.

 

“Qəbələ” sözügedən oyunda “Neftçi”yə 3:1 hesabıyla qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti