“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində cavab oyununa çıxacaq.
Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Moldovada “Şerif”in müvafiq yaş qrupu ilə qarşılaşacaq. Qəbələdəki oyunda 1:1 hesablı bərabərliyə razılaşan təmsilçimiz turu keçmək üçün ya qələbə qazanmalı, ya da məhsuldar heç-heçə etməlidir. Tiraspolda keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, turu keçən komanda növbəti mərhələdə “Herta” (Almaniya) – “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, cavab oyunu
16:00. “Şerif” (Moldova) - “Qəbələ” (Azərbaycan) - 1:3
Qollar: Vsevolod Nihayev, 53 (pen.) - Samir Qurbanov, 44, 62, Vadim Dijinari, 63 (avtoqol)
Hakimlər: Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (hamısı Kipr), İon Orlik (Moldova)
Tiraspol. “Şerif” stadionunun kiçik arenası
İlk oyun – 1:1