Futbol üzrə Konqo yığması Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib.
Sportarena.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Con Delarjın formasını geyindiyi bu komanda doğma meydanda Liberiya ilə qarşılaşıb. G qrupunun 3-cü turu çərçivəsində baş tutan qarşılaşma Konqo yığmasının 3:1 hesablı qələbəsiylə başa çatıb. Delarj bu görüşün iştirakçısı olmayıb. “Qarabağ”ın forvardı sonadək ehtiyatda qalıb.
Konqo yığması bu qələbədən sonra xal ehtiyatını 4-ə yüksəldib və qrupda 3-cü pillədə qərarlaşıb.