“Qəbələ”ni baş məşqçisi, “Neftçi”ni legioneri ziyana saldı

15:22 9 Oktyabr 2018

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

 

“Neftçi” – “Sabah” matçının 75-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Slavko Braliç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

 

“Zirə” – “Qəbələ” matçı başa çatdıqdan sonra “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov oyun sonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 800 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti