Dünən UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Arsenal” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri yerinə yetirib.
Sportarena.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr departamentinin sector müdiri Mais Ağayev bildirib:
“Oyun günü Bakı Olimpiya Stadionundan müəyyən olunmuş istiqamətlərdə (metronun “Qara Qarayev”, “28 May” stansiyalarına) fəaliyyət göstərən ekspress xətt avtobusları ilə ümumilikdə 18265 nəfər sərnişin daşınıb. Prosesə 260 sərnişin avtobusu cəlb edilib. Eyni zamanda, göstərdikləri səbr və anlayış üçün azarkeşlərə minnətdarıq. Avropa Çempionlar Liqasında ölkəmizi uğurla təmsil edən “Qarabağ” futbol komandasına isə gələcəkdə parlaq qələbələr arzulayırıq”.