Ağdam sakini Özillə fotosu olan pişiyi satışa çıxardı

15:03 5 Oktyabr 2018

İki gün öncə Bakı Olimpiya stadionunda Londonun "Arsenal" komandasının oyunçularının diqqətini çəkən pişik satılır.

 

Sportarena.az ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı Gülövsər adlı Ağdam sakini elan yerləşdirib: "Arsenal" futbolçularının əlləriylə verdiyi yeməyi yeyən pişik satılır. Futbol oynamağı bacarır. Pişik hazırda Ağdamdadı".

 

Sözügedən şəxs pişiyə 42,50 manat qiymət qoyub.

 

Qeyd edək ki, sözügedən pişiyin fotosu London təmsilçisinin sosial şəbəkədəki rəsmi hesablarında da paylaşılmışdı.


Digər xəbərlər

Xəbər xətti