“Zirə” ilə “Qəbələ”nin 13-cü dueli

15:24 4 Oktyabr 2018

Bu həftə Topaz Premyer Liqasında 1-ci dövrəyə yekun vurulacaq. 

 

Sportarena.az xəbər verir ki, “Zirə” milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində son matçında “Qəbələ” ilə görüşəcək. 7-ci tur çərçivəsində baş tutacaq matç rəqiblər arasında 13-cü duel olacaq.

 

İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn komandalar son üç çempionatın hərəsində 4 dəfə qarşılaşıb. “Zirə” əvvəlki görüşlərdə 3 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 11 top keçirən “Zirə” 15 qol buraxıb.“Qartallar”ın “Qəbələ” ilə matçlardakı 11 qoluna 8 futbolçu imza atıb. Dubl müəllifi olan Nelson Bonilya, həmçinin Viktor İqbekoyi ilə Milan Duriç hərəyə 2 dəfə fərqlənib. Digər 5 oyunçunun hesabında 1 top var. Son 6 matçda komandalar meydanı qolsuz tərk etməyib. Belə ki, 2017-ci ildən başlayaraq rəqiblərin görüşlərində hər iki tərəf fərqlənməyə nail olur.

 

“Qəbələ”ni öz meydanında qonaq edəcək “Zirə” 7-ci dəfə duelə ev sahibi kimi çıxacaq. Bakılılar bu qarşılaşmalarda 2 qələbə qazanıb, 2 heç-heçə edib və 2 məğlubiyyət alıb. Bu matçlarda top fərqi “Qəbələ”nin xeyrinədi - 9:6.


Digər xəbərlər

Xəbər xətti