Ötən gün mətbuatda "Neftçi"dən "Keşlə"yə keçən Elnur Cəfərovun komandadan göndərilməsi barədə məlumatlar yayılmışdı.
Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Sportarena.az-a bildirib ki, Elnur Cəfərov "Keşlə"dən göndərilməyib.
Məmmədov qeyd edib ki, Cəfərov komandanın son məşqində də iştirak edib.