Topaz Premyer Liqanın 7-ci turunda “Sabah”ı qəbul edəcək “Neftçi” oyuna ciddi itkilərlə çıxacaq.
Sportarena.az xəbər verir ki, “ağ-qaralar”ın heyətində zədəli Ruslan Abışovdan başqa, ötən tur “Səbail”lə matçda 4-cü sarı vərəqə alaraq cəzalı duruma düşən Anton Krivotsyuk və anasının ölümü ilə bağlı ölkəsində olan Kvame Karikari forma geyinə bilməyəcək.
Qeyd edək ki, oktyabrın 5-də keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 20:15-də başlayacaq.