“Neftçi”nin “Sabah”la oyuna hazırlığı - VİDEO

11:54 3 Oktyabr 2018

“Neftçi” Topaz Premyer Liqasının 7-ci turunda qarşılaşacağı “Sabah”la oyuna hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, komanda bu gün də öz bazasında səhər məşqinə çıxıb. Məşqdə zədəli Ruslan Abışov və üzrlü səbəbdən komandanın düşərgəsindən ayrılan Kvame Karikari iştirak etməyiblər. "Neftçi” bu gün oyunöncəsi son məşqə çıxacaq.

 

Xatırladaq ki, oktyabrın 5-də 8-ci km stadionunda baş tutacaq "Neftçi” – "Sabah” oyunu saat 20:15-də start götürəcək.

 


Digər xəbərlər

Xəbər xətti