“Qarabağ”ın oyunu təxirə salındı

10:56 2 Oktyabr 2018

Topaz Premyer Liqasının VII turunun bir oyunu təxirə salınıb. “Keşlə” – “Qarabağ” matçı ağdamlıların oyunlarının sıx qrafiki üzündən daha sonrakı tarixə keçirilib.

 

Cebhe.info xəbər verir ki, oktyabrın 6-da keçirilməsi nəzərdə tutulan oyunun təxirə salınmasına səbəb ölkə çempionunun oktyabrın 4-də London “Arsenal”ı ilə Avropa Liqasının qrup mərhələsinin 2-ci turundakı görüşüdü. Ağdam klubu Peşəkar Futbol Liqasına oyunun təxirə salınması ilə bağlı rəsmi müraciət edib. PFL qarşı tərəf – “Keşlə”nin də bu müraciətə etiraz etməməsini nəzərə alaraq, “Qarabağ”a müsbət cavab verib.
 

“Keşlə” – “Qarabağ” oyunu oktyabrın 31-də baş tutacaq.

 


Digər xəbərlər

Xəbər xətti