Elşad Əhmədov: "Futbolçuların ən azı bir xallıq əziyyətləri vardı"

23:10 29 Sentyabr 2018

Topaz Premyer Liqasında VI turun oyunları keçirilib. İlk oyun günündə “Qarabağ” səfərdə “Sabah”la qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, Oyun ağdamlıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdan sonra keçirilən mtbuat konfransında “Sabah”ın baş məşqçisi Elşad Əhmədov matç haqda danışıb:

 

“Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bizdən üstündülər. Biz də bacardığımız qədər vuruşduq. Futbolçuların ən azı bir xallıq əziyyətləri vardı. Futbolçularımdan razıyam”

 

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

 

– “Sumqayıt”a 1:4 məğlub olduğunu oyun daha ağır idi, yoxsa bu?
– Hər iki komanda arasında fərq var. Əsas odur ki, “Qarabağ” ilk qolu vuranda çox sevinməyi məni təəccübləndirdi. Demək ki, 3 xalı itirdiyinə görə qorxurdular.

 

– Görünür ki, komanda bir futbolçudan aslıdı. Deviçin oyunu alınmayanda komandada da alınmır. Əsasən də komanda müdafiə olunur.
– Deviç yaxşı oynadı. Ən azı müdafiədə mövqe seçir, komandaya fayda verir.


Digər xəbərlər

Xəbər xətti