"Keşlə"də ciddi itkilər

11:52 29 Sentyabr 2018

Topaz Premyer Liqasında uğursuz satart verən iki komanda - "Qəbələ" və "Keşlə" VI turda üz-üzə gələcəklər.

 

Sportarena.az xəbər verir ki, "Qəbələ"nin heyətində 2 oyunluq cəzalanan Təmkin Xəlilzadə oynamayacaq. "Keşlə"də eyni durumla yamaykalı forvard Andre Klennon üz-üzədir. Paytaxt klubunun müdafiəçisi Sərtan Taşkın da Qəbələ səfərində komandasına kömək etməyəcək. Ötən tur "Sumqayıt"la qarşılaşmada başı partlayan futbolçu istirahət edəcək.

 

Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu sentyabrın 30-u, saat 18:00-da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti