"Səbail"in baş məşqçisi PRO kateqoriyasına yiyələndi -FOTO

19:06 28 Sentyabr 2018

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev PRO kateqoriyasına yiyələnib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun "facebook" səhifəsi məlumat yayıb. Gənc mütəxəssis Belarusda UEFA-nın PRO kateqoriyalı məşqçi kursunda iştirak edib. İmtahandan uğurlu keçən çalışdırıcı kateqoriyaya yiyələnib.

 

Hacıyevlə yanaşı, "Zirə"nin sabiq çalışdırıcısı Ayxan Abbasov da PRO kateqoriyasına sahib olub.


Digər xəbərlər

Xəbər xətti