"Zirə" və "Səbail"in legioneri milliyə dəvət aldı

17:13 28 Sentyabr 2018

"Zirə”nin hücumçusu Aleksandr Dedov  və "Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçuk Moldova millisinə dəvət alıb.
 

Sportarena.az xəbər verir ki,  futbolçular UEFA Millətlər Liqasında San Marino və Belarusla keçiriləcək görüşlər üçün yığmaya çağırılıblar. Moldova yığması oktyabrın 12-də evdə San Marino, 3 gün sonra isə səfərdə Belarusla qarşılaşacaq.


Qeyd edək ki, D Liqasında II qrupda yer alan Moldova millisi 2 turdan sonra 1 xalla 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti