“Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədovun “Qəbələ”nin “sükanı arxası”na keçəcəyi ilə bağlı xəbərlər dolaşır.
Sportarena.az xəbər verir ki, yenicag.az-a açıqlama verən işsiz mütəxəssis yayılan xəbəri təkzib edib.
O, “qırmızı-qaralar”dan təklif almadığını bildirib: “Bu xəbərin haradan çıxdığını bilmirəm. Mənə heç bir klubdan təklif gəlməyib. Hələ ki, istirahətə çəkilmişəm. Yayılan xəbərlərin hamısı yalan söhbətdir”.
Qeyd edək ki, “Qəbələ”nin hazırkı baş məşqçisi Sənan Qurbanovdur.