“Qəbələ” ilə “Keşlə”nin 46-cı dueli

17:42 27 Sentyabr 2018

Bu həftə Topaz Premyer Liqasında 6-cı turun oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, “Qəbələ” sentyabrın 30-da öz meydanında “Keşlə” ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda keçiriləcək matç komandalar arasında 46-cı duel olacaq. İlk dəfə 2006/07 mövsümündə görüşən rəqiblər indiyədək 45 dəfə üz-üzə gəliblər. Bu görüşlərdə “Qəbələ” 14 qələbə qazanıb, 15 heç-heçə edib və 16 matçdan məğlub ayrılıb. Bu görüşlərdə paytaxt klubu 58, “qırmızı-qaralar” 47 qol sevinci yaşayıb. “Qəbələ”nin bu matçlardakı ən məhsuldar oyunçusu Daniel Subotiçdi. O, 5 dəfə fərqlənib.

 

İndiyədək keçirilən 45 matçdan 40-ı çempionat, 5-i kubok çərçivəsində baş tutub. Premyer Liqada 11 qələbəsi olan “qırmızı-qaralar” 15 heç-heçə edib və 14 dəfə uduzub. 40 dəfə rəqib qapısına yol tapan “Qəbələ” 51 qol buraxıb.

 

23-cü dəfə “Keşlə”ni qonaq edəcək “Qəbələ” evdəki 22 matçda 8 dəfə qalib gəlib, 9 heç-heçə edib və 5 dəfə məğlub olub. Öz meydanında 26 top vuran bölgə futbolçuları 21 qol buraxıb.


Digər xəbərlər

Xəbər xətti