“Neftçi” – “Səbail” oyununun biletləri bu gün satışa çıxarılacaq.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində sentyabrın 29-da, saat 18:55-də 8-ci km stadionunda keçiriləcək "Neftçi” - "Səbail” oyununun biletləri bu gün günortadan sonra satışa çıxarılacaq.
Qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir.