"Neftçi"də oynayanda deyirdim ki, heç vaxt "Xəzər Lənkəran"ın formasını geyinmərəm"

16:40 26 Sentyabr 2018

"Xəzər" TV-də yayımlanan "Futbol saatı" verilişinin qonağı olan "Neftçi"nin və millimizin üzvü Ruslan Abışov futbolçu karyerasını başa vurandan sonra məşqçi işləmək istəmədiyini bildirib.

 

 Sportarena.az xəbər verir ki, Abışov istisnaları da mümkün sayıb.

 

Buan isə maraqlı səbəb göstərib: "Özümü məşqçi kimi görmürəm. Daha çox rəsmi post tutmaq istəyirəm. İdman direktoru filan. Yəni ciddi geyimdə, kostyum, qalstuk. Amma bu o demək deyil ki, heç vaxt məşqçi işləməyəcəm. Həyatda nəyin necə olacağını bilmirsən. Məsələn, bir vaxtlar "Neftçi"də oynayırdım, işlərim də yaxşı gedirdi, əsas heyətdə çıxış edirdim. Özümün də cavan, dəliqanlı vaxtlarım idi. Həmin vaxt deyirdim ki. heç vaxt "Xəzər Lənkəran" formasını geyinmərəm. Amma həyat elə gətirdi, qarşıma elə seçim qoydu ki, "Xəzər Lənkəran"a keçəsi oldum".


Digər xəbərlər

Xəbər xətti