Bu mövsüm uğurlu çıxışını davam etdirən “Neftçi” 5 oyundan sonra 13 xalla turnir cədvəlində vahid liderdi.
Sportarena.az xəbər verir ki, sözügedən komanda senytabrın 29-da Topaz Premyer Liqasının 6-cı turunda "Səbail”i qəbul edəcək. 8-ci km stadionunda keçiriləcək oyuna saat 18:55-də start veriləcək.“Neftçi” 2016-cı ildə yaradılmış paytaxt təmsilçisi ilə indiyədək 4 çempionat oyununda üz-üzə gəlib ki, bunların da hamısı ötən mövsümə təsadüf edib. Bu görüşlərdən 3-də qələbə qazanmış “ağ-qaralar” yalnız 1-də məğlub olub. Top fərqində də “Neftçi”nin böyük üstünlüyü var – 9:2.
"Səbail”lə ev oyunlarının hər ikisi "Neftçi”nin qələbəsi ilə nəticələnib. 8-ci km stadionunda 2:0 hesabı ilə başa çatmış görüşdə İqnasio Errera dubla imza atmışdısa, "Dalğa Arena”dakı 3:1 hesablı qələbədə Namiq Ələsgərov, Rəhman Hacıyev və Lukas Qomes fərqlənmişdi.