Millimizin baş məşqçisi: “Zədəlimizin olmaması sevindiricidi”

18:49 10 Sentyabr 2018

Qadınlardan ibarət yığmamız Belarusda təlim-məşq toplanışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, sentyabrın 4-dən bu ölkənin paytaxtı Minskdə hazırlıq keçən millimizin baş məşqçisi Aslan Ağayev AGF-nin saytına toplanışın gedişi və qarşıdakı planlarla bağlı açıqlama verib:

 

“Hazırlıq prosesi plan üzrə gedir. Hər şey qaydasındadı. Zədəli güləşçimizin olmaması sevindiricidi. Minskdə Belarus, Latviya və Hindistan yığmalarıyla birgə toplanış keçirik. Burada keçiriləcək Aleksandr Medvedin xatirə turnirindən sonra vətənə qayıdacağıq. Bir müddət Bakıda hazırlıq keçdikdən sonra dünya çempionatı ərəfəsində son təlim-məşq toplanışını keçmək üçün Türkiyəyə yollanacağıq. Orada yerli komandayla yanaşı, Rumıniya və Hindistanın da iştirakıyla birgə toplanış baş tutacaq. Macarıstana da Türkiyədən səfər edəcəyik”.

 


Digər xəbərlər

Xəbər xətti