“İlk oyunda Farer adalarına 1:3 hesabı ilə uduzduğumuz üçün çox məyusuq. Azərbaycan güclü komandadır. Amma biz də müsbət nəticə qazanmağa çalışacağıq”.
Sportarena.az-ın xəbər verir ki, bunu UEFA Millətlər Liqasının II turunda Azərbaycan millisi ilə oyundan əvvəl təşkil edilən mətbuat konfransında Malta yığmasının futbolçusu Andre Şembri söyləyib.
Yarımmüdafiəçi bildirib ki, Azərbaycan millisinə qalib gəlmək çətin olacaq: “Çünki rəqib bura qələbə qazanmağa gəlib”.
Qeyd edək ki, sabah Ta Qali Milli stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.