"Keşlə"nin futbolçusu Əlcəzairə qarşı 90 dəqiqə oynadı

18:03 9 Sentyabr 2018

“Keşlə”nin yarımmüdafiəçisi Ebrima Sohna Qambiya milli komandasında növbəti oyununu keçirib.

Sportarena.az klubun saytına istinadən yaydığı xəbərə görə, 29 yaşlı futbolçu Afrika Millətlər Kubokunun qrup mərhələsinin ikinci turunda evdə Əlcəzair yığmasına qarşı oyunda start heyətində meydana çıxıb və 90 dəqiqə əvəz edilmədən mübarizə aparıb. Görüş 1:1 hesabı ilə başa çatıb.


Qeyd edək ki, D qrupunda yarışan Qambiya millisi 2 oyundan sonra 1 xalla 3-cü sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti