İngiltərə millisinin üzvü daha 5 il "Lester"də

16:39 9 Sentyabr 2018

İngiltərənin “Lester” klubu futbolçusu Harri Maquayrla müqaviləni uzadıb.

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı müdafiəçinin yeni müqavilə müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.


İngiltərə millisinin üzvü 2017-ci ildən “Lester”də çıxış edir. O, ötən mövsüm komandanın ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, Maquayrı “Mançester Yunayted”in transfer edəcəyi haqda xəbərlər yayılmışdı.


Digər xəbərlər

Xəbər xətti