"Qarabağ"ın qapıçısına 6 qol vurdular

23:13 8 Sentyabr 2018

İslandiya millisi UEFA Millətlər Liqasına biabırçı məğlubiyyətlə başlayıb.

 

Sportarena.az xəbər verir ki, A liqasının 2-ci qrupunda yer alan skandinaviyalılar ilk turda səfərdə İsveçrənin qonağı olub və rəqibinə 0:6 hesabı ilə uduzub. Bu oyunda İslandiya millisinin qapısını “Qarabağ”ın qolkiperi Hannes Halldorsson qoruyub.

 

34 yaşlı qapıçı Stiven Tsuber (13-cü dəqiqə), Denis Zakaria (23), Cerdan Şakiri (53), Haris Seferoviç (67), Albian Ayetinin (71) və Admir Mehmedinin (82) qollarına mane ola bilməyib.


Digər xəbərlər

Xəbər xətti