Maradona Meksika klubunda

15:39 7 Sentyabr 2018

Əfsanəvi Dieqo Armando Maradonanın yeni iş yeri bəlli olub.

 

Sportarena.az xəbər verir ki, mütəxəssis Meksikada çalışacaq. 57 yaşlı çalışdırıcı II Liqa təmsilçisi "Dorades de Sinola"nın "sükanı arxası"na keçib.

 

Qeyd edək ki, Maradona Birləşmiş Ərəb Əmirliiklərinin “El-Fudjayre” klubundan ayrıldıqdan sonra bir müddət əvvəl Belarus "Dinamo"sunun baş məşqçisi təyin edilmişdi. 3 illik müqavilə imzalayan Maradona bu müddət ərzində klubun prezidenti vəzifəsini də icra edəcəkdi. Lakin əfsanə Belarusu tərk edib.


Digər xəbərlər

Xəbər xətti