"Sumqayıt" "körpə"sini baxışa çağırdı

20:56 6 Sentyabr 2018

"Sumqayıt"ın düşərgəsinə yeni futbolçu qoşulub.

 

Sportarena.az xəbər verir ki, əslində buna yeni futbolçu da demək olmaz.

 

Orxan Əliyev "Sumqayıt"ın sabiq futbolçusudur. Hətta sabiq prezident Kamran Quliyev ona "Sumqayıt"ın körpəsi" ləqəbini də qoymuşdu. Sonradan "kimyaçılar"dan ayrılan Əliyev "Xəzər Lənkəran", "Kəpəz" və "Zirə" kimi komandaların şərəfini qorusa da heç cürə özünü yaxşı tərəfdən göstərə bilmədi. Hazırda isə "Sumqayıt"ın düşərgəsində baxışdadır. Özünü doğrultsa, Nazim Süleymanovun etimadını qazansa onunla müqavilə bağlanacaq. 


Digər xəbərlər

Xəbər xətti