Xorvatiya millisinin baş məşqçisi Ronaldodan üzr istədi

14:19 6 Sentyabr 2018

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Portuqaliya yığmasının və "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu eqoist adlandırdığı üçün üzr istəyib.


Sportarena.az xəbər verir ki, bu barədə o, Portuqaliya millisi ilə yoxlama oyunu öncəsi bildirib: "İşlətdiyim ifadəyə görə üzr istəyirəm. Modriç qalib olduğu üçün Ronaldo mükafatlandırma mərasiminə qatılmadı. Onun bu hərəkətinin eqoistcəsinə olduğunu bildirdim. Ancaq mənim fikrim yanlış anlaşılıb. Dediklərimə görə üzr istəyirəm".


Qeyd edək ki, Portuqaliya - Xorvatiya yoxlama görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti