“Qarabağ”ın yeni transferi Araz Abdullayevin forma nömrəsi məlum olub.
Sportarena.az xəbər verir ki, 26 yaşlı futbolçu Ağdam klubunda 9 nömrəli forma altında çıxış edəcək. Bu barədə klubun “facebook” hesabından məlumat verilib.
Müqaviləylə Yunanıstanın “Panionios” klubuna məxsus olan Abdullayev növbəti 2 mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.
26 yaşlı vinger son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qolla yadda qalıb.